Bundesliqanın bərpası üçün yeni tarix

ESTAFET/ Koronavirus pandemiyasına görə dayandırılmış Almaniya Bundesliqası mayın 9-da bərpa oluna bilər. Bu barədə “Bild” nəşri məlumat yayıb.
Xəbərdə, əsas və 2-ci Bundesliqanın mayın 9-dan başlayacağı bildirilib. Plana görə, oyunlar azarkeşsiz keçiriləcək və stadiona 239 nəfərin girişinə icazə veriləcək.
Bundesliqada mövsümün bitməsinə 9 tur qalıb. Hazırda “Bavariya” 55 xalla liderdir. (sport24.az)
