“Bavariya”da gənc futbolçusu ilə yeni müqavilə

ESTAFET/ Almaniyanın “Bavariya” klubu futbolçusu Alfonso Devislə yeni müqavilə imzalayıb. Bu barədə Münhün klubunun rəsmi saytı məlumat yayıb.

19 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2025-ci ilin iyununa kimi uzadılıb. Əvvəlki müqavilənin müddəti 2023-cü ilin yayına qədər idi.

Qeyd edək ki, Qana əsilli kanadalı futbolçu bu mövsüm meydana çıxdığı 32 matçda 1 qol vurub.

Müəllif: Orxan NOVRUZOV