Futbolçular maaşlarının azaldılmasına razı oldular

ESTAFET/ Şotlandiyanın “Seltik” klubu koronavirus pandemiyasına görə yarana biləcək maliyyə itkisini minimuma endirmək üçün futbolçularının məvaciblərini azaldacaq. Bu barədə Qlazqo təmsilçisinin rəsmi saytı məlumat yayıb. Xəbərdə, futbolçuların maaşlarının azaldılmasına razı olduqları bildirilib.

Şotlandiya Premyer Liqasında mövsüm iyunun 10-na qədər təxirə salınıb.

Müəllif: Məsim MƏSİMZADƏ