"Neftçi"nin keçmiş baş məşqçisi 4 oyundan sonra istefa verdi

ESTAFET/ "Neftçi"nin keçmiş baş məşqçisi Anatoli Demyanenko 4 oyundan sonra istefa verib. Bu, yaxında "sükanı arxası"na keçdiyi Slovakiyanın "Nitra" klubunda baş verib. 

61 yaşlı ukraynalı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv olunub. İstefanın səbəbi haqda məlumat verilməyib. "Nitra" Demyanenkonun rəhbərliyi altında keçirdiyi1 qələbə, 1 heç-heçə və 2 məğlubiyyəti var idi.

Xatırladaq ki, Demyanenko 2008-ci ildə "Neftçi"ni çalışdıraraq İntertoto Kubokunda "Nitra"nı mübarizədən kənarlaşdırıb. 

Müəllif: Natiq NƏSİROV