FIFA yeni transfer “pəncərə”si aça bilər

ESTAFET/ Futbol dünyası koronavirus pandemiyasının yaratdığı çətinliklər nəticəsində yeni bir transfer “pəncərə”sinin açılmasına şahidlik edə bilər. Bunu FIFA-nın Müşahidə Şurasının sədri Ceyms Kitçinq Almaniya mətbuatına açıqlamasında söyləyib.

Onun sözlərinə görə, yay və qış transfer dönəmləri aralığında əlavə transfer “pəncərə”sinin yaranması ehtimalı yüksəkdi:

“Klubların problemlərini mümkün qədər azaltmaq üçün belə bir ideyanı həyata keçirməyimiz mümkündü. Üçüncü bir transfer dönəmi görə bilərik. Müqaviləsinin müddəti planlanandan gec bitəcək futbolçular olacaq. Onların da özlərini bu mənada təhlükəsiz hiss etməsini istəyirik. Yeni mövsümün proqramı tam dəqiqləşəndən sonra üçüncü transfer dönəminin də zamanı bəlli olacaq”.

Müəllif: Bəhruz MƏMMƏDOV