2020-ci ildəki oyunların tam təxirə salınması mümkündür

ESTAFET/ FIFA 2020-ci ildə beynəlxalq matçların tam təxirə salınmasını mümkün sayır. Dünya ali futbol qurumunun vitse-prezidenti Viktor Montalyani beynəlxalq qarşılaşlamarla müqayisədə milli çempionatların üstünlük veriləcəyini vurğulayıb.

Bu yay keçirilməli olan AVRO-2020 və "Amerika Kuboku" 2021-ci ilə qədər təxirə salındı. FIFA keçən ay, habelə oyununa planlaşdıırlan beynəlxalq yarışları təxirə saldı. Ancaq sentyabr, oktyabr və noyabr aylarına planlaşdırılan beynəlxalq oyunların da risk altında olduğu ortaya çıxır.

Montalyanidən milli komandaların 2020-ci ildə oynayıb-oynamayacağı soruşulub: “Düşünürəm ki, dünyadakı sağlamlıq problemləri və müxtəlif hazırlıq səviyyələri səbəbindən deyil, beynəlxalq səyahətlər səbəbiylə bunu həyata keçirmək çətin olacaq. Məncə, daxili futbol prioritetdir. Sentyabr hələ də planlardadır, amma cari tendensiyaya görə möhkəm bir əsasda olduğuna əmin deyiləm".

O, matçların tamaşaçısız keçiriləcəyini də vurğulayıb. Buna isə tədricən qayıtmaq lazımdı.

Xatırladaq ki, UEFA-nın son planına əsasən, milli liqalar iyulun əvvəlindən gec olmayaraq avqustda başa çatacaq. Bundan sonra Çempionlar Liqası və Avropa Liqasında iştirak edən komandalar avrokubokları mübarizəni davam etdirəcəklər. (sport24.az)

Müəllif: Natiq NƏSİROV