Şeydayev Koçukla yoldaşlıq oyununda qarşılaşacaq

ESTAFET/ "Sabah"ın futbolçuları Ramil Şeydayev və Yevgeni Koçuk arasında PES2020 üzrə yoldaşlıq oyunu keçiriləcək. Bununla bağlı AFFA-nın rəsmi "Facebook" səhifəsi məlumat yayıb.
Aprelin 19-da olacaq qarşılaşmanın saat 21:00-da başlayacağı açılqanıb. Şeydayev Azərbaycan millisi, Koçuk isə Moldova yığmasıyla oynayacaq.
