AFFA hakimlərə kompensasiya ödəyəcək

ESTAFET/ AFFA 2019-cu ilin yayından hakimlik edən şəxslərə koronavirus pandemiyası üzündən yaranmış vəziyyətlə əlaqədar kompensasiya ödəyəcək. Bunu AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin avstriyalı sədri Frits Ştuxlik ölkəsinin mətbuatına açıqlamasında deyib.
54 yaşlı beynəlxalq dərəcəli avstriyalı hakim-inspektor bildirib ki, bu, hətta o vaxtdan oyun idarə etməyən referilərə də şamil olunacaq: "Çünki hazırda çempionatların dayanması onların günahı deyil".
Ştuxlik Azərbaycanda hakimlərin 95 faizinin qonorar hesabına dolandıqlarını xatırladıb: "Vəziyyətlə bağlı dövlət onlara dəstək olur. Bu isə o deməkdir ki, vergi ödəyən hamı və futbol assosiasiyasından mükafat alan hər kəs dövlətin dəstəyini alır".
Xatırladaq ki, Azərbaycanda çempionatlar martın 13-dən dayandırılıb.
