"Şeydayevin ideyası əla idi": Anatoli Timoşuk

ESTAFET/ "Zenit"in məşqçisi Anatoli Timoşuk Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev haqda maraqlı fikir səsləndirib. 41 yaşlı ukraynalı mütəxəssis bu komandada çıxış etmiş sabiq hücumçunun koronavirus dönəmindəki paylaşımını fərqləndirib.
Timoşuk tualet kağızı ilə başladılan çelencə özünün də qatıldığını, hətta buna görə, lağa qoyulduğunu da söyləyib. Anatoli ona söz atan Andrey Arşavin və Maqomed Ozdoyevin cavabını verdiyini də deyib: "Onlara cavablarını vermişəm. "Zenit"də oynamış Ramil Şeydayevin ideyası əla idi. O, çelencə çaydanı çiləyərək qoşulmuşdu. Bu, Ramildə pis alınmamışdı".
Hazırda "Sabah"ın formasını Şeydayev "Zenit" klubunun yetirməsidi.
Xatırladaq ki, Timoşuk "Zenit"in kapitanı kimi 2008-ci ildə UEFA Kuboku və Superkubokunu qazanlb. (sport24.az)
