Azərbaycanlı futbolçu ən zəiflərin siyahısında

ESTAFET/ Rusiya Premyer Liqasında cari mövsümdə zəif çıxış edən futbolçuların siyahısı açıqlanıb. “Championat.com” saytının hazırladığı siyahıda azərbaycanlı futbolçu Ayaz Quliyev də yer alıb.
“Spartak”ın şərəfini qoruyan yarımmüdafiəçi, zəif çıxış edən futbolçuların siyahısında 4-cü yerdə qərarlaşıb. Xəbərdə bildirilir ki, Quliyevin “Rostov”dan “Spartak”a keçidi onu həvəsləndirməyib, əksinə, rahatlaşdırıb.
Ayaz 2019-cu ilin yanvarından “Spartak”da çıxış edir.
