"Soçi"nin futbolçusu Azərbaycan klubuyla müqavilə imzalayıb

ESTAFET/ Rusiyanın "Soçi" klubunun əvəzedici komandasının futbolçusu Bədir Ziyadov karyerasını Azərbaycanda davam etdirəcək. Bu haqda onun baş məşqçisi Nikita Kovalçuk məlumat verib.
O, Bədirin ölkəmizdə peşəkar müqavilə imzaladığını Rusiya mətbuatına açıqlayıb. Ancaq Kovalçuk həmin klubun adını açıqlamayıb.
Qeyd edək ki, 20 yaşlı Ziyadov vaxtilə U-17 yığmamızın heyətində UEFA İnkişaf turnirində çıxış edib.
