ÇL-in 1/4 və yarımfinal oyunları da İstanbulda keçirilə bilər

ESTAFET/ UEFA İcraiyyə Komitəsinin üzvü və Türkiyə Futbol Federasiyasının vitse-prezidenti Servet Yardımcı koronavirus pandemiyası səbəbiylə dayandırılan liqalarla bağlı açıqlama verib. “A spor” nəşrinin xəbərinə görə, qurum rəsmisi, Çempionlar Liqası və Avropa Liqasının qalan oyunları ilə bağlı danışıb:

“UEFA aprelin 21-də video-konfrans keçirəcək. Son qərardan sonra vəziyyəti dəyərləndirəcəyik. UEFA, Çempionlar Liqası və Avropa Liqasının yerli liqaların tamamlanmasından sonra keçirilməsini təklif edir. Bu da təxminən iyul-avqust ayları üçün düşünülür. Amma ölkələrarası uçuş qadağaları var, buna görə də, bu haqda danışmaq çox tezdir.

Çempionlar Liqasının finalı İstanbulda keçirilməli idi. Turnirin 1/4 final və yarımfinal mərhələsinin oyunlarının da burda, mini-çempionat şəklində keçirilməsi təklifi var”. (sport24.az)

Müəllif: Orxan NOVRUZOV