Klublarımızın diqqətinə - avrokubokların vaxtı bilindi

ESTAFET/ 2020/21 mövsümü avrokubokların qrup oyunlarının başlama vaxtı bəlli olub. İspaniya mətbuatı xəbər verir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinə oktabrın 20-si, Avropa Liqasının qrup oyunlarına isə oktyabrın 21-i start vermək niyyətindədir.
Bundan başqa, qitənin ali futbol qurumu Azərbaycan klublarının da qatılacağı avrokubokların təsnifat mərhələsi ilə bağlı da müzakirə aparıb. Hələlik bununla bağlı tarix qeyri-müəyyən qalsa da, avrokubok yarışlarının iyulun sonu, avqustun əvvəlləri və ya ortaları başlanması planlaşdırılıb. Yerli liqaların bitəcəyi vaxt avrokubokların vaxtlarının müəyyənləşdirilməsində əsas rol oynayacaq.
İspan həmkarlarımızın əldə etdiyi məlumata görə, UEFA yerli çempionatların uzağı iyulun 31-nə kimi başa vurulmasını istəyir ki, bu da da səbəbsiz deyil. Çünki iyunun 30-da müqaviləsi başa çatacaq futbolçulara koronavirus pandemiyasına görə çempionatların dayanması ilə əlaqədar müqavilələrini bir ay müddətinə uzatmaları tövsiyə olunub.
