AVRO-2020-nin adı olduğu kimi saxlanılıb

ESTAFET/ AVRO-2020-nin 2021-ci ilin yayına qədər təxirə salınmasının ardınca və hərtərəfli təhlildən, eləcə də UEFA-nın tərəfdaşları ilə aparılmış müzakirələrdən sonra UEFA İcraiyyə Komitəsi turnirin AVRO-2020 adı ilə tanınmağa davam etməsi barədə qərar qəbul edib.
Bu qərar UEFA-ya Avropa Futbol Çempionatının 60-cı ildönümünün (1960-2020) təntənəli şəkildə qeyd olunması ilə bağlı ilkin ideyanı qoruyub saxlamağa imkan verir.
Qərar, eyni zamanda, UEFA AVRO 2020-nin dayanıqlı olması və israfçılığa səbəb olmaması ilə bağlı UEFA-nın öhdəliyinə də uyğun gəlir. Turnirin təxirə salınmasına qədər çox sayda brendləşdirilmiş material artıq istehsal edilmişdi. Tədbirin adının dəyişdirilməsi bu məhsulların məhv edilib yenidən hazırlanmasına gətirib çıxara bilərdi.
