Elxan Məmmədovun rəhbər olduğu komitənin iclası keçirilib

ESTAFET/ Bu gün UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin (Fair Play and Social Responsibility Committee) büro iclası keçirilib. 

Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar iclas videozəng formatında təşkil olunub. 

İclasda cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bu komitənin sədri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovdur.

Müəllif: Orxan NOVRUZOV