Fransa klubunun futbolçusu komadan ayıldı

ESTAFET/ Fransanın “Monpelye” klubunun müdafiəçisi Junior Sambiya komadan ayılıb. Fransa mətbuatının xəbərinə görə, koronavirus pandemiyasına yoluxan 23 yaşlı futbolçunun meneceri Frederik Qerra bu barədə məlumat verib:
“Sambiya süni ağciyər ventilyasiyasından çıxarıldı. Onun sağalması uzun çəkəcək, amma artıq komada deyil. Böyük ehtimalla, daha yaxşı xəbərlər alacağıq”.
2017-ci ildən “Monpelye”nin şərəfini qoruyan futbolçu, cari mövsümdə 22 oyunda iştirak edib.
