“Arsenal” “Bavariya”dan futbolçu alır

ESTAFET/ İngiltərənin “Arsenal” klubu almaniyalı futbolçu transfer etməyi planlaşdırır. London klubu “Bavariya”nın yetirmələsi Ancelo Ştiilleri heyətinə qatmaqda maraqlıdır.
Hazırda Münhen klubunun ikinci komandasında çıxış edən 19 yaşlı gənc yarımmüdafiəçinin istedadı “topçular”ın diqqətini çəkib. Gənclər Liqasında özünü yaxşı tərəfdən göstərən Ştillerin özü isə “Bavariya”da qalmaq istəyindədir.
Qeyd edək ki, gənc futbolçunun Almaniya klubu ilə müqaviləsi 2021-ci ilin yayında başa çatacaq.
