Klublar neytral meydandan imtina etsələr mövsüm ləğv olunacaq

ESTAFET/ Futbol üzrə İngiltərə Premyer Liqasında koronavirus pandemiyası üzündən dayandırılan mövsüm ləğv oluna bilər. Bunu Premyer Liqanın Məşqçilər Assosiasiyasının baş direktoru Riçard Biven açıqlayıb.

O bildirib ki, klublar çempionatın bərpa olunmasından sonra bütün oyunları neytral meydanda keçirməkdən imtina etsə, yarış ləğvi barədə qərar veriləcək: “Bəli, belə olacağını düşünürəm. Hökumət dolu stadionlarda sosial məsafə qaydalarına riayət edilməsinin sual altında olmasına aydınlıq gətirəcək. Əgər hələ bunu etməyibsə”.

Qeyd edək ki, Premyer Liqanın lideri “Liverpul”dur. Çempionanat ləğv olunsa, mersisaydlılar qızıl medalsız qalacaq. (apasport.az)

Müəllif: Məsim MƏSİMZADƏ