Dibala 7 həftə sonra sağaldı

ESTAFET/ "Yuventus"un hücumçusu Paulo Dibala sağalıb. Uzun müddətdir koronavirus xəstəliyindən əziyyət çəkən Argentina millisinin üzvünün bugünkü testi mənfi nəticələnib.

Geridə qalan 7 həftə ərzində bütün testləri müsbət nəticə verən ulduz futbolçunun 5-ci belə yoxlanışı ürəkaçan olub. Dibala özü də sosial şəbəkədəki paylaşımı zamanı "nəhayət ki, mən qazandım" paylaşımını edib.

26 yaşlı forvard tezliklə xəstəxanadan evə buraxılacaq və bir müddət təcrid vəziyyətində yaşayacaq.

Müəllif: Məsim MƏSİMZADƏ