Millimizin futbolçusundan koronavirusla bağlı analiz götürüldü

ESTAFET/ Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın "Aue" klubunun oyunçularından koronavirusla bağlı analiz götürülüb. Bu barədə II Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, bütün futbolçuların testləri neqativ çıxıb. Onların heç birində virusun simptomlarına rast gəlinməyib.
Xatırladaq ki, Nazarov 4 ildir bu klubda çıxış edir.
