Belarus çempionatında ilk təxirəsalma

ESTAFET/ Avropada çempionatı davam edən yeganə ölkə olan Belarusda ilk təxirəsalınma reallaşıb. Birinci liqanın "Qomel" - "Arsenal" qarşılaşması keçirilməyəcək.

Sabah Qomel şəhərindəki Mərkəzi Arenada baş tutmalı olan görüş daha sonrakı vaxta təxirə salınıb. Buna səbəb "Arsenal"ın bir futbolçusunda koronavirus infeksiyası xəstəliyi aşkar edilməsidir.

Qeyd edək ki, Belarusdan başqa Avropanın bütün ölkələrində milli çempionatlar dayandırılıb.

Müəllif: Məsim MƏSİMZADƏ