İspaniyada ən bahalı gənc futbolçular kimdədir?

ESTAFET/ İspaniya La Liqasında çıxış edən klubların əvəzedicilərinin transfer qiymətləri açıqlanıb. B komandalarının ümumi dəyərinə əsasən klublar sıralanıb.

Oyunçularının qiyməti ən baha olan klub "Barselona"dır. Kataloniyalıların gənclər komandasının ümumi dəyəri 34,03 milyon avrodur. "Real"ın ikinci komandası olan "Kastilya" 30,45 milyon avro ilə ikinci sırada qərarlaşıb. Növbəti yerləri müvafiq olaraq "Atletiko" (16,73), "Real Sosyedad" (7,35) və "Atletik" (6,95) tutur.

Heyəti ən ucuz olan komanda 800 min avro ilə "Leqanes"dir.

Müəllif: Natiq NƏSİROV