Harri Keyn klubun forma sponsoru oldu

ESTAFET/ "Tottenhem"in hücumçusu Harri Keyn İngiltərənin II liqa klubu "Leyton Orient"in sponsoru olub. Ulduz futbolçu adıçəkilən komandanın istifadə etdiyi 3 dəst formaya baş sponsorluq edəcək.
"Leyton Orient"in ev formasının üzərində "həkimlərə minnətdarlıq" yazılacaq. Klub bununla koronavirus pandemiyası dövründə əziyyət çəkən tibb işçilərinə təşəkkürünü çatdıracaq. Aşağı liqa təmsilçisi İngiltərə millisinin üzvünə forma satışından 10 faiz endirim edəcək.
Qeyd edək ki, Harri Keyn 2011-ci ili icarə əsasında "Leyton Orient"in heyətində keçirib.
