Futbol hakimlərimizə maddi yardım edilib
ESTAFET/ Azərbaycan hökuməti koronavirus pandemiyası səbəbindən çətinliklərlə üzləşmiş peşəkar futbol hakimlərinə birdəfəlik maddi yardım edib. "Report"un xəbərinə görə, referilər VÖEN-lə işlədikləri və vergi ödəyicisi olduqları üçün bu dəstəkdən yararlanıblar.
Verginin miqdarından asılı olaraq, ədalət təmsilçilərinin hər birinə 500-1000 manat arası ödəniş olub.
Qeyd edək ki, Azərbaycan Premyer Liqası və I Divizionun oyunları martın 13-də pandemiyaya görə yarımçıq dayandırılıb.