“Baniyas” Riçard Almeydanı göndərir

ESTAFET/ Azərbaycan millisinin üzvü Riçard Almeyda Birləşmiş Ərəb Əmirliklərinin “Baniyas” klubundan ayrıla bilər. Yerli mətbuatın məlumatına görə, klub yarımmüdafiəçi ilə yeni müqavilə imzalamayacaq.

“Baniyas” Almeyda ilə yanaşı, daha iki futbolçu – Ze Roberto və Luis Antonio ilə də yollarını ayıracaq.

Qış transfer dövründə “Qarabağ”dan ayrılaraq, “Baniyas”a keçən Almeydanın klubla müqaviləsi iyunun sonunda başa çatır. (sport24.az)

Müəllif: Orxan NOVRUZOV