"Artıq hətta unutmuşam ki, Ayaz "Spartak"da oynayır": Mostovoy

ESTAFET/ “Ayazın gedişi “Spartak” üçün itki olmayacaq. Artıq hətta unutmuşam ki, o, klubda oynayır. Çünki heyətdəki yerini itirib, əvəzləmədən də meydana daxil olmur”. Bu sözləri Rusiya millisinin sabiq üzvü Aleksandr Mostovoy “Spartak”ın azərbaycanlı futbolçusu Ayaz Quliyevin intizamsızlığına görə əvəzedici komandaya göndərilməsindən danışarkən deyib.

Moskva klubunun keçmiş yarımmüdafiəçisi yerli mətbuata açıqlamasında 23 yaşlı orta sahə oyunçusunun fayda vermədiyini bildirib: “Onun üçün asan vəziyyət deyil. İndi isə sanki odun üstünə yağ töküldü. Ancaq bu kimi hallara sakit yanaşmaq lazımdır. Daha çox məşq etməlidir. İndi istənilən səviyyədə deyil, ancaq sonradan düzələ bilər”.

Qeyd edək ki, Quliyev nizam-intizam qaydalarını pozduğu üçün əvəzedici komandaya göndərilib. 

Müəllif: Bəhruz MƏMMƏDOV