“İnter” icarəyə götürdüyü müdafiəçini saxlamayacaq

ESTAFET/ İtaliyanın “İnter” klubunun futbolçusu Kristiano Biraqi komandanı tərk edəcək. Milan təmsilçisində icarə əsasında çıxış edən 27 yaşlı müdafiəçi mövsümün sonunda müqavilə ilə məxsus olduğu “Fiorentina”ya qayıdacaq.

Buna səbəb “İnter”in futbolçunu almaq üçün 12 milyon avro ödəmək istəməməsidir. Milan təmsilçisi bu icarə şərtlərində əksini tapan bu məbləğ qarşılığında transferə razı olmayıb.

Qeyd edək ki, “İnter”dəki müdafiəçisini qaytaran Florensiya klubu Milan təmsilçisindən icarəyə götürdüyü Dalberti də heyətində saxlayacaq. (apasport.az)

Müəllif: Orxan NOVRUZOV