Ayaz "Rostov"a qayıdır

ESTAFET/ Moskva “Spartak”ının azərbaycanlı futbolçusu Ayaz Quliyev mövsümün sonunda klubunu dəyişəcək. İntizamsızlığa yol verdiyi üçün komandadan uzaqlaşdırılan yarımmüdafiəçi sabiq klubu “Rostov”a qayıtmağa hazırlaşır.
“Rostov” rəhbərliyi 24 yaşlı orta sahə oyunçusunu transfer etməyin yollarını axtarır. Tərəflər arasında tezliklə danışıqlara start veriləcək. 2018-ci ilin yayında “Spartak”dan 500 min avroya “Rostov”a keçən oyunçunu moskvalılar cəmi 6 ay sonra 1 milyon avroya transfer etmişdilər.
Qeyd edək ki, Ayaz Quliyev cari mövsüm bütün turnirlərdə 15 oyun keçirib.
