Turun bütün oyunları eyni gündə: APL

ESTAFET/ Futbol üzrə Azərbaycan Premyer Liqasının klubları sabahdan məşqləri bərpa edəcək. Bu gün AFFA, PFL və klublar arasında baş tutan videogörüşdən sonra bu barədə qərar verilib.
Koronavirus pandemiyası səbəbindən martın 13-də dayandırılan Premyer Liqanın yeni təqvimi də dəqiqləşib. Qərara alınıb ki, hər turun 4 qarşılaşması eyni gündə keçirilsin. Bu addım komandalara eyni istirahət və yüklənmə balansı verilməsi üçün atılıb.
Qeyd edək ki, Premyer Liqa XXI turdan etibarən bərpa olunacaq.
