Texniki zonada hansı dəyişikliklər gözlənilir

ESTAFET/ COVID-19 pandemiyası səbəbindən mart ayından etibarən dayandırılmış 2019/2020-ci illər futbol mövsümünün Əsasnaməsinə bu gün Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev tərəfindən əlavə təsdiq olunub. Əlavədə bir sıra təlimatlar nəzərdə tutulub. Texniki zona üçün təlumatlar aşağıdakılardan ibarətdir:

1. Texniki zonada yer alan şəxslərin sayında dəyişiklik yoxdur
- 7 rəsmi şəxs
- 12 oyunçu
Komandalar üçün nəzərdə tutulan əlavə yerlərin sayı ehtiyac olduğu qədər artırılır. Həm texniki zonada, həm də əlavə yerlərdə oturan şəxslər ölkəmizdə ictimai nəqliyyat, metroda tətbiq olunan 1 boş oturacaq və ya bunun qədər məsafə qaydasına riayət etməlidirlər, bununla bağlı  oturacaqlar üzərində bildirişlər vurulmalıdır. Bu tip oturacaqlar komandanın texniki zonasından künc bayrağı istiqamətində düzülməlidir. Sosial məsafənin cərgələr üzrə qoruna bildiyi stadionlarda (misal üçün Tofiq Bəhramov adına Respublika Stadionu) oturacaqların iki cərgədə düzülməsinə icazə verilir.

2. Həm texniki zonada, həm də oyunun gedişində hər kəs ancaq özünə məxsus su qabından istifadə etməlidir.

3. Texniki zonada qol sevincinin kollektiv şəkildə qeyd olunmasına, kubok oyunları zamanı penaltilər seriyası zamanı birlik düzülüşünə icazə verilmir.

4. Əvəzetmələr zamanı “give five”dən çəkinmək lazımdır.

Müəllif: Natiq NƏSİROV