“SKYbox”lardan necə istifadə olunacaq?

ESTAFET/ COVID-19 pandemiyası səbəbindən mart ayından etibarən dayandırılmış 2019/2020-ci illər futbol mövsümünün Əsasnaməsinə bu gün Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev tərəfindən əlavə təsdiq olunub. Əlavədə bir sıra təlimatlar nəzərdə tutulub. “SKYbox”lar üçün təlumatlar aşağıdakılardan ibarətdir:
1. Stadionun istifadə olunan qapalı məkanı olan “Skybox”lardan istifadəyə icazə verilir. Lakin “SKYbox”ların tutumunun yarısı qədər şəxslərin girişinə icazə verilir. Sosial məsafə qorunmalı və hər kəs tibbi maskada olmalıdır.
2. “Skybox”da su, çay istisna olmaqla paketlənməmiş şəkildə təqdim olunan digər qəlyanaltıların servisi qadağan olunur.
3. “Skybox”ların ümumi girişinə dezinfeksiya aparatı yerləşdirilməlidir.
