Karate1 Premyer Liqa turnirinin mərhələsi Bakıda keçirilə bilər

ESTAFET/ Karate1 Premyer Liqa turnirinin bir mərhələsi Azərbaycana verilə bilər. Bu barədə apasport.az saytına Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov məlumat verib.
Qurum rəhbəri bildirib ki, 2021-ci ilin əvvəlində Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışı olan Premyer Liqanın yeni mövsümünün ilk mərhələsi Bakıda keçirilə bilər. Bəşirov bununla bağlı danışıqların davam etdiyini Avropa və Ümumdünya Karate Federasiyasının prezidenti Antonio Espinozanın yekun qərarı bir həftə ərzində açıqlayacağını söyləyib.
Yaşar Bəşirov gələn il Avropa çempionatının ölkəmizdə keçirilməsi ehtimalının üstündən xətt çəkildiyini də vurğulayıb: “İsveç qitə birinciliyinin təşkilatçılığından imtina etmədi. Onlarda Göteborq şəhərin 400 illiyi olduğundan, Avropa çempionatını yüksək səviyyədə təşkil etmək istəyirlər”.
Qeyd edək ki, bu il Bakıda keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası səbəbindən ləğv edilib.
