"Yuventus" gənc müdafiəçini transfer etdi

ESTAFET/ "Verona"nın futbolçusu Maraş Kumbulla komandasını dəyişib. Albaniya millisinin üzvü gələn mövsümdən "Yuventus"un formasını geyinəcək.

Klublar 20 yaşlı mərkəz müdafiəçisinin transferində anlaşıblar. Bu keçid "Verona"ya 32 milyon avroluq gəlir qazandıracaq. Kumbulla mövsümün sonunda Turin təmsilçisi ilə 5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, "Verona"nın yetirməsi olan Maraş Kumbulla 2017-ci ildən əsas komandanın formasını geyinir.

Müəllif: Bəhruz MƏMMƏDOV