ZARETKSA YENƏ HAMIDAN GÜCLÜ OLDUĞUNU SÜBUT ETDİ

ESTAFET/ Qadın milli komandamızın lideri İrina Zaretska (-68 kq) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində nüfuzlu Karate 1 Premyer Liqasının qalibi oldu. O, Dünya Karate Federasiyasının (WKF) mövsümboyu 3-cü mötəbər yarışını da birinci pillədə başa vuraraq reytinqdəki liderliyini möhkəmlətdi. İ.Zaretskanın məğlub etdiyi rəqiblər arasında bu dəfə də son dünya və avropa çempionları var idi.


Milli komandanın favoritlərindən Ayxan Mamayev (-84 kq) bürünc medal uğrunda görüşdə məğlub olub.


4-cü İslam Həmrəyliyi Oyunlarına hazırlıq baxımından çox əhəmiyyətli olan bu yarışda milli komandamız iştirak etməsə də, turnirə öz hesabına yollanan daha 3 idmançımız mükafatçılar arasına düşə bilmədi. Karateçilərimiz üçün Premyer Liqadan kənarda qalmaqda digər bir mənfi hal isə, idmançılarımızın Tokio Olimpiadasında iştirak etməsi üçün reytinq qazandıran ilk 4 pillədən bu dəfə də uzaq düşmələridir.