Kapitan üçün mövsüm erkən bitdi

ESTAFET/ Almaniyanın “Şalke” klubu ciddi itki ilə üzləşib. Bundesliqa təmsilçisinin müdafiəçisi Omar Maskarell yenidən zədələnib.
Bu barədə komandanın baş məşqçisi David Vaqner məlumat verib. Onun sözlərinə görə reabilitasiya zamanı yenidən zədələnən komandanın kapitanı mövsümün qalan hissəsində iştirak edə bilməyəcək. (sport24.az)
