"Rubin"də koronavirusa yoluxan futbolçu sayı 5 oldu

ESTAFET/ Rusiyanın “Rubin” klubunun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, komandada daha 4 futbolçuda koronavirus aşkarlanıb.
Məlumata görə, komandanın hücumçusu Darko Yevtiç, müdafiəçi Silvie Beqiç, qapıçı İvan Konovalov və yarımmüdafiəçi Soltmurad Bakaevin koronavirus testi müsbət nəticələnib.
Komandanın daha əvvəl koronavirusa yoluxduğu açıqlanan müdafiəçisi Nikolay Poyarkov istisna olmaqla, bütün üzvlərinin testi mənfidir və məşqləri davam etdirə bilərlər.
