A Seriyasında 5 əvəzetməyə icazə verildi

ESTAFET/ İtaliya Futbol Federasiyası yerli liqalarda əvəzetmə sayının artırılması ilə bağlı yeni qaydanı təsdiqləyib. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Xəbərdə cari mövsümün bərpasından sonra klubların oyun ərzində 5 oyunçu dəyişikliyindən istifadə etməsinə icazə verildiyi diqqətə çatdırılıb. Lakin komandalar oyunun sürətini azaltmamaq məqsədilə bu əvəzetmələri 3 dəfəyə həyata keçirməlidilər.

Qeyd edək ki, İtaliya A Seriyası iyunun 20-də bərpa olunacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV