1/4 final oyunlarının vaxtı açıqlandı

ESTAFET/ Koronavirusa görə dayandırılan futbol üzrə İngiltərə kubokunun yeni təqvimi açıqlanıb. Bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

Kubokun 1/4 final mərhələsinin oyunları 27-28 iyunda, yarımfinal matçları isə 11-12 iyulda keçiriləcək. İngiltərə kubokunun final matçı isə avqustun 1-də olacaq.

Qeyd edək ki, iyunun 17-dən etibarən İngiltərə Premyer Liqası da bərpa olunacaq.

İngiltərə kuboku
1/4 final

27 iyun 2020

20:30. Norviç Siti - Mançester Yunayted

28 iyun 2020

16:00. Şeffild Yunayted - Arsenal
19:00. Lester Siti - Çelsi
21:30. Nyukasl - Mançester Siti

Müəllif: Natiq NƏSİROV