Rabyo İngiltərəyə geri dönür

ESTAFET/ "Yuventus"un yarımmüdafiəçisi Adrien Rabyo İngiltərəyə köçməyə hazırlaşır. Fransa millisinin üzvü "Everton"la danışıq aparır.

Premyer Liqa təmsilçiləri "Nyukasl", "Arsenal" və "Mançester Yunayted"in də istədiyi 25 yaşlı orta sahə oyunçusu uğrunda mübarizədə "Everton" şanslı sayılır. Liverpul klubunun baş məşqçisi Karlo Ançelotti özü şəxsən futbolçu ilə danışıq aparır. Rabyo da yenidən keçmiş məşqçisinin rəhbərliyi altında oynamaqda maraqlıdır.

Qeyd edək ki, Adrien Rabyo "Yuventus"a ötən ilin yayında PSJ-dən keçib.

Müəllif: Natiq NƏSİROV