Premyer Liqa ləğv olunur: klublara göndərilən məktub yayıldı

ESTAFET/ Peşəkar Futbol Liqası (PFL) bu gün klublara məktub göndərib. Qurum Premyer Liqanın davam etdirilib-etdirilməməsi ilə bağlı sorğu keçirib.

Məktubda bildirilib ki, klublar hazırkı şərtlər altında çempionatı bitirib-bitirməməklə bağlı fikirlərini yazılı şəkildə PFL-ə göndərməlidirlər. Elita təmsilçilərinə qoyulan müddət bu gün saat 16:30-a qədər olub.

Buradan belə qənaətə gəlmək olar ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası səbəbindən həftəsonları tətbiq etdiyi ən sərt karantin rejimi ilə bağlı qərarı PFL-in Premyer Liqanı iyunun 21-də bərpa etmək istəyinin üstündən xətt çəkəcək. Çox güman ki, yaxın günlərdə AFFA İcraiyyə Komitəsinin iclası olacaq. Məhz həmin toplantıda çempionatın erkən başa çatdırılması qərarının verilməsi ən real ehtimaldır. (apasport.az)

 

Müəllif: Natiq NƏSİROV