Çupo-Motinq PSJ-dən ayrıldı

ESTAFET/ PSJ hücumçusu Erik Maksim Çupo-Motinqlə yollarını ayırmaq qərarına gəlib. Kamerun millisinin üzvü Paris klubunu tərk edəcək.
Fransa çempionu müqavilə müddəti iyulun 1-dək olan 31 yaşlı oyunçuya yeni sözləşmə imzalanmayacağını bildirib. Bu isə o deməkdir ki, Çupo-Motinq həmin gündən azad agent statusu daşıyacaq.
Qeyd edək ki, Erik Maksim Çupo-Motinq cari mövsüm PSJ-nin heyətində keçirdiyi 17 oyunda 5 qola imza atıb.
