“Bayer” axtardığı müdafiəçini Monakoda tapdı

ESTAFET/ Almaniyanın “Bayer” klubu yay transfer dövründə müdafiə xəttini gücləndirəcək. Bundesliqa təmsilçisinin heyətinə qatmaq istədiyi müdafiəçilərdən biri bəllidir.
Bu, “Monako”nun arxa xətt oyunçusu Benua Badişiledir. Almaniya klubu 19 yaşlı fransalı müdafiəçini bu yay sıralarına qatmaq istəyir.
Lakin futbolçuya digər təkliflər də var. Benua İngiltərə klubları “Mançester Yunayted” və “Vulverhempton”un da transfer siyahısındadır.
Qeyd edək ki, Badiaşile 2019/20 mövsümündə 20 matç keçirib. (apasport.az)
