Rafael vətəninə qayıdır

ESTAFET/ Fransanın “Lion” klubunun futbolçusu Rafael komandanı tərk etməyə qərar verib. 29 yaşlı braziliyalı Avropa karyerasını başa vurmaq niyyətindədir.

Cənubi amerikalı vətəninə qayıtmağı planlaşdırır. O, yetirməsi olduğu “Fluminense”də oynamaq niyyətindədir.

Rafaelin “Lion”la müqaviləsi 2021-ci ilin yayında başa çatacaq. O, 2019/20 mövsümündə 18 oyun keçirib.

Müəllif: Bəhruz MƏMMƏDOV