"Yuventus" Sandronu da itirdi

ESTAFET/ İtaliyanın “Yuventus” klubunun müdafiəçisi Aleks Sandro sıradan çıxıb. Bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb.
Sandronun dizindən zədələndiyi və fizioterapiyaya başladığı bildirilir. İtaliya mətbuatında yayılan xəbərlərə görə, Sandro iki həftə yaşıl meydanlardan kənarda qalacaq.
Komandanın digər zədəli üzvləri – Qonsalo İquayn və Corco Kyellini isə fərdi məşqlərini davam etdirir.
“Yuventus” koronavirus səbəbiylə dayandırılan A Seriyasının bərpasından sonra ilk oyununu iyunun 22-də, “Bolonya”ya qarşı keçirəcək.
