Almeyda "Qarabağ"a qayıdır

ESTAFET/ Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Baniyas" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Riçard Almeyda ölkəmizə qayıtmağa hazırlaşır. 31 yaşlı yarımmüdafiəçi yenidən "Qarabağ"ın formasını geyinməyə çox yaxındır.
"Baniyas"la müqavilə müddəti başa çatan orta sahə oyunçusu klubunda qalmayacaq. Baş məşqçi postunda dəyişiklikdən sonra futbolçu özü də BƏƏ klubunun formasını geyinməkdə maraqlı deyil. "Qarabağ" isə ona karyerasını məhz Ağdam klubunda başa vurmaq şəraiti yaradıb. Keçid reallaşarsa, Almeyda futbolçu kimi son müqaviləsini imzalayacaq və karyerasını burada başa vuraraq "Qarabağ"da məşqçilik fəaliyyətinə başlayacaq. (apasport.az)
