Aquero əməliyyat olunub

ESTAFET/ "Mançester Siti"nin hücumçusu Serxio Aquero əməliyyat olunub. Argentinalı ulduz futbolçu dizindən əməliyyat keçirib.
Premyer Liqanın XXX turunda "Bernli" ilə qarşılaşmada zədələnən 32 yaşlı forvard tezliklə bərpa prosesinə başlayacaq. Həkimlər onun Çempionlar Liqası matçlarına qədər sıraya dönəcəyini düşünürlər.
Qeyd edək ki, "Mançester Siti" Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununu avqustda "Real"a qarşı keçirəcək.
