Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Slimani “Lester”ə qayıdır -
Slimani “Lester”ə qayıdır

ESTAFET/ İngiltərənin “Lester” klubunun futbolçusu İslam Slimani yenidən Premyer Liqa təmsilçisində çıxış edəcək. 2019/20 mövsümünü “Monako”da keçirən hücumçu “Knyazlıq klubu”na lazım olmayıb.

Monakolular icarə müqaviləsindəki transfer bəndini aktivləşdirməməyə qərar verib. Bu səbəbdən də Slimani “tülkülər”in heyətinə qayıdacaq.

Qeyd edək ki, forvard Fransa Liqa1-in yarımçıq başa çatdırılan 2019/20 mövsümündə 19 oyunda 9 qol vurub.

Müəllif: Bəhruz MƏMMƏDOV