Qvardiola heyəti yenidən qurur

ESTAFET/ "Mançester Siti" mövsümün sonunda heyətində köklü dəyişikliklər etməyi planlaşdırır. Baş məşqçi Pep Qvardiola kollektivi yenidən formalaşdırmaq niyyətindədir.

Bir neçə ildir komandada olan Leroy Sane artıq "Bavariya"ya keçib. Həmçinin David Silva mövsümün sonunda azad agent kimi klubu tərk edəcək. İspaniyalı mütəxəssis müqavilə müddəti gələn ilin yayına qədər olan yarımmüdafiəçi Fernandinyo və hücumçu Serxio Aqueronun satışına da qarşı deyil.

Müəllif: Bəhruz MƏMMƏDOV