“Azərreyl” gənc liberonu heyətinə qatdı
ESTAFET/ Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu yeni mövsüm üçün heyətini gücləndirməkdə davam edir. Avrokubokda oynayacaq yeganə təmsilçimiz bu dəfə Tovuz Ələkbərova ilə anlaşıb.
Komanda öz yetirməsi ilə müqaviləni uzadıb. 17 yaşlı libero daha bir il “dəmiryolçular”ın uğurları üçün çalışacaq.
Qeyd edək ki, Ələkbərova “Azərreyl”in yeni mövsüm üçün 10-cu oyunçusu olub. Komanda ondan öncə sloveniyalı Moytsa Pene, rusiyalı Anastasiya Mertsalova, millimizin üzvləri Kseniya Pavlenko və Valeriya Kondratyeva ilə müqaviləni artırıb, slovakiyalı Romana Hudeçova, amerikalı Kazmier Braun, ispaniyalı Anna Nyusom, yığmamızın oyunçuları Yuliya Kərimova və Anastasiya Bessonova ilə 1 illik anlaşma əldə edib. Həmçinin baş məşqçi Famil Ağayevi də postunda saxlanılıb.