“Səbail”də 3 yeni müqavilə

ESTAFET/ “Səbail” baş məşqçi Aftandil Hacıyevin köməkçilərinin də müqavilə müddətini uzadıb. Bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə əsas komandanın məşqçiləri Emin Ağayev, Yaşar Hüseynov və Fərhad Vəliyevlə müqavilənin 2020/21 mövsümünün sonuna kimi yeniləndiyi diqqətə çatdırılıb.

Xatırladaq ki, daha öncə “Səbail” baş məşqçi Aftandil Hacıyevlə də mövsümün sonuna kimi yeni müqavilə imzalandığını açıqlamışdı.

Müəllif: Natiq NƏSİROV